Messinin anası oğlunun varisini AÇIQLADI - Görün kimdir?

Lionel Messinin anası Seliya Kuççittini oğlunun Argentina millisindəki davamçısı kimi Niko Pazı görür.

Nov 19, 2026 - 00:20
Messinin anası oğlunun varisini AÇIQLADI - Görün kimdir?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Komo” klubunun yarımmüdafiəçisinin əmisi Fabian Paz danışıb.

Onun sözlərinə görə, hadisə Messinin Argentina millisindəki vida matçından sonra baş verib.

Niko Paz paltardəyişmə otağından çıxarkən Messinin anası ilə qarşılaşıb. Seliya Kuççittini ona yaxınlaşaraq "Sən mənim oğlumun varisisən" deyib.

Fabian Pazın sözlərinə görə, Messinin anasının bu sözləri Niko Pazı kövrəldib.

Aytən

Fotoda Niko Paz