İnfantinoya qarşı açıq mübarizə başladı - FİFA-da çevriliş küləkləri
Canni İnfantinonun FİFA prezidentliyi uğrunda mübarizədə yeni rəqibi meydana çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo FİFA prezidentliyinə namizədliyini irəli sürərək İnfantinoya qarşı açıq mübarizəyə başlayıb.
Diallo FIFA rəhbərliyinin bir sıra qərarlarını, o cümlədən ABŞ Prezidenti Donald Trampa Sülh Mükafatının verilməsini, amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqədən sonra cəzasının ləğvini və mundialın kommersiya hüquqlarının özəl investorlara verilməsi planını tənqid edib.
O, bu addımların FİFA-ya olan etimadı sarsıtdığını və qurumda şəffaflığın təmin edilməsinin vacibliyini bildirib.
Oğuz