Putin Tramp və Si Cinpinlə görüşdən nə gözləyir? - İlk dəfə AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə keçiriləcək üçtərəfli görüşün böyük fayda verəcəyinə ümid edir.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bu barədə noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) biznes sammitində çıxışı zamanı danışıb.
Rusiya lideri bildirib ki, hazırkı beynəlxalq şəraitdə ölkələr arasında əməkdaşlıq və dialoq xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatın parçalanması və hərbi-siyasi risklərin artması fonunda təcridçilik deyil, tərəfdaşlıq, ultimatumlar deyil, dialoq ön plana çıxmalıdır.
Putin qeyd edib ki, APEC platforması aparıcı iqtisadiyyatların liderlərinə bir masa arxasında fikir mübadiləsi aparmaq, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində fikir ayrılıqlarını kompromis yolu ilə həll etmək imkanı yaradır.
"Bu baxımdan Rusiya, Çin və ABŞ liderlərinin qarşıdakı üçtərəfli görüşündən böyük fayda gözləyirəm", - Putin vurğulayıb.
Qeyd edək ki, Putin, Tramp və Si Cinpinin üçtərəfli görüşünün noyabrın 19-da keçirilməsi planlaşdırılır. Danışıqlarda Ukrayna müharibəsi, beynəlxalq təhlükəsizlik, iqtisadi münasibətlər və digər qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.
Oğuz