Əkrəm İmamoğluya HÖKM OXUNDU

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında qanun pozuntularına yol verilməsi iddiası ilə açılan cinayət işi üzrə hökm oxunub.

Nov 18, 2026 - 19:41
Əkrəm İmamoğluya HÖKM OXUNDU

SAVASHMEDİA.az xəbər verir ki, məhkəmə İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla 9 nəfəri Seçki Qanununu pozmaqda təqsirli bilib.

Beləliklə, Əkrəm İmamoğlu bu iş üzrə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.

Eyni iş üzrə təqsirli bilinən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay barəsində isə bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, CHP üzvü kimi İzmirin bələdiyyə sədri seçilən Cemil Tuqay bir müddət öncə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçib.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 2025-ci il martın 19-dan Silivri həbsxanasında cəza çəkir. 

Banu