İsrail iranlı generalı Türkiyədə hoteldən OĞURLADI - Öldürüb dənizə atıblar?
İsrailin kəşfiyyat xidməti “Mossad”ın Türkiyədə İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əsgərini oğurlayaraq öldürdüyü iddia olunur.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, 2006-cı ilin dekabrında İstanbulda yoxa çıxan Əsgəri Mossad əməkdaşları tərəfindən qaçırılıb. Üç keçmiş yüksəkvəzifəli ABŞ rəsmisi onun əvvəlcə gəmidə saxlanılaraq sorğu-sual edildiyini bildirib.
Mənbələrdən birinin iddiasına görə, Əsgəri daha sonra öldürülüb və cəsədi Qara dənizə atılıb.
İsrail kəşfiyyatı onu itkin düşmüş israilli hərbçi Ron Aradla bağlı məlumat əldə etmək məqsədilə sorğu-sual edib.
Xatırladaq ki, Əli Rza Əsgəri 1 noyabr 1952-ci ildə İranın Ərdəstan şəhərində anadan olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş briqada generalı və İranın sabiq müdafiə nazirinin müavinidir. O, 2006-cı ilin dekabrında (bəzi mənbələrə görə 2007-ci ilin fevralında) Türkiyənin İstanbul şəhərində müəmmalı şəkildə yoxa çıxıb.
Səlcuq