“ABŞ bu dəfə də səhvə yol versə..." - Qalibaf hədələdi
İran ABŞ ilə münasibətlərdə qeyri-müəyyən vəziyyətin davam etməsinə imkan verməyəcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qanunverici orqanın açıq iclasında deyib.
O, Vaşinqtonun danışıqlar və ya müharibə yolunu seçməsinin Tehran üçün fərq etmədiyini vurğulayıb.
Qalibafın sözlərinə görə, ABŞ İranın irəli sürdüyü yeddi şərti qəbul edərsə, tərəflər arasında razılaşma əldə olunması üçün imkan yaranacaq.
İran rəsmisi Vaşinqtonun növbəti səhvə yol verəcəyi təqdirdə ölkəsinin Silahlı Qüvvələrinin buna cavab verəcəyini bildirib.
“ABŞ bu dəfə də səhvə yol versə, döyüş meydanının coğrafiyasını İran Silahlı Qüvvələrinin imkanları və iradəsi müəyyən edəcək”, - Qalibaf xəbərdarlıq edib.
O əlavə edib ki, növbəti müharibənin nəticələri bir çox tərəfə təsir göstərə bilər.
Səlcuq