Mehdiyevin qızının bu gün həbs edilən vəkilinin KEÇMİŞİNDƏN MARAQLI FAKT

Bu gün hədə-qorxu ilə tələb etməkdə ittiham olunaraq həbs edilən vəkil Raman Abışovla bağlı yeni detallar məlum olub.

Nov 14, 2026 - 22:41
Mehdiyevin qızının bu gün həbs edilən vəkilinin KEÇMİŞİNDƏN MARAQLI FAKT

SAVASHMEDİA.az xəbər verir ki, o, dövlətə xəyanət və digər ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili olub. 

Abışov K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edib.

Maraqlı məqam isə ondan ibarətdir ki, Raman Abışovun adı 2016-cı ildə maliyyə problemləri yaşayan və sonradan bağlanan “Bank Standard”ın Audit Komitəsinin üzvləri sırasında çəkilib.

Həmin il avqustun 3-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında idarəetmə strukturu yenidən formalaşdırılıb və Raman Abışov Audit Komitəsinin üzvü təyin edilib.

“Bank Standard”ın faktiki sahibi kimi isə açıq mənbələrdə Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev göstərilib.

Bankın lisenziyası 2016-cı il oktyabrın 1-də ləğv edilib, oktyabrın 4-də isə məhkəmə tərəfindən müflis elan olunub.

Səlcuq