“Qalatasaray” Batrakovun maaşını artırır - YENİ MÜQAVİLƏ
Türkiyənin “Qalatasaray” klubu rusiyalı futbolçu Aleksey Batrakovla yeni müqavilə imzalamağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, “Türkiye Gazetesi”nin məlumatına görə, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin illik 3,25 milyon avro olan maaşını artırmaq niyyətindədir.
Klub futbolçunun müqaviləsindəki 55 milyon avroluq sərbəstqalma məbləğini də 70 milyon avroya yüksəltməyi düşünür.
Batrakovun meneceri Vladimir Kuzmiçevin yaxın 15 gün ərzində İstanbulda klub rəhbərliyi ilə görüşəcəyi gözlənilir.
Aytən