Trampla Netanyahunun qışqır-bağırla keçən danışığı – Liderlər niyə dalaşıb?

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı zamanı gərginlik yaşanıb.

Nov 13, 2026 - 11:10
Trampla Netanyahunun qışqır-bağırla keçən danışığı – Liderlər niyə dalaşıb?

SAVASHMEDİA.az ABŞ və İsrail nəşrlərinə istinadla xəbər verir ki, liderlər arasındakı danışıq qışqır-bağırla keçib və buna səbəb İrana qarşı hərbi əməliyyatların yenidən başlanması məsələsi ilə bağlı ciddi fikir ayrılıqları olub.

Nəşrlərin yazdığına görə, ABŞ-də aralıq seçkilərdə qeydə alınan uğursuzluğun səbəbləri sırasında İranla müharibənin də göstərilməsi Vaşinqtonla Təl-Əviv arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarıb.

İsrail mətbuatı yazıb ki, danışıq zamanı Netanyahu İran ərazisinə yeni zərbələrin endirilməsinin tərəfdarı olub və Trampı bu istiqamətdə addım atmağa çağırıb. Lakin ABŞ Prezidenti hərbi qarşıdurmanın yenidən başlanmasına qarşı çıxaraq diplomatik danışıqların davam etdirilməsini üstün tutub. Bu fikir ayrılığı tərəflərin bir-birinə qarşı yüksək səs tonundan istifadəsinə səbəb olub.

Netanyahunun ofisi isə son telefon danışığı ilə bağlı yayılan iddiaları təkzib edib. Rəsmi açıqlamada iki lider arasında söhbətin baş tutduğu təsdiqlənsə də, danışığın qarşıdurma şəraitində keçdiyi barədə məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, müzakirə heç də çətin olmayıb.

Ağ Evin nümayəndəsi isə mediaya açıqlamasında ABŞ-nin mövcud vəziyyətdə üstün mövqedə olduğunu bəyan edib. O, Hörmüz boğazının Vaşinqtonun nəzarətində olduğunu və İran iqtisadiyyatının ciddi tənəzzül yaşadığını iddia edib. 

Rəsminin sözlərinə görə, Tramp administrasiyası “İqtisadi Təcrid” (“Economic Outcast”) adlı dəniz blokadası əməliyyatını və yeni “Dəmir Qapı” (“Iron Gate”) əməliyyatını tam gücü ilə davam etdirmək niyyətindədir. O əlavə edib ki, ABŞ Prezidenti bütün təzyiq imkanlarını öz əlində saxlayır və ölkəsinin maraqlarına uyğun qərar verəcək.

Banu