“İnşallah”, “Əlhəmdülillah” kəlmələri türk ifadələri ilə əvəzlənir - SÖZLƏRİN SİYAHISI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ərəb mənşəli dini ifadələrin qazax dilində geniş yayılmasını tənqid edib və milli sözlərin qorunmasına çağırıb.

Nov 12, 2026 - 19:26
“İnşallah”, “Əlhəmdülillah” kəlmələri türk ifadələri ilə əvəzlənir - SÖZLƏRİN SİYAHISI

SAVASHMEDİA.az xəbər verir ki, Tokayev “Əlhəmdülillah” və “İnşallah” kimi ifadələrin qazax dilində ənənəvi sözləri sıxışdırmasından narahatlığını bildirib.

Prezidentin sözlərinə görə, son vaxtlar dini anlayışlarla bağlı qədim qazax sözlərinin əvəzinə ərəb mənşəli ifadələrdən istifadə dəbə çevrilib. O, bundan narahatlıq keçirdiyini və məsələyə dilçi alimlərin münasibət bildirməli olduğunu deyib. 

Qazaxıstan mediasında isə ənənəvi dini ifadələrə qarşılıq kimi aşağıdakı sözlər təklif edilib:

- “İnşallah” əvəzinə – “Kuday qalasa” (Allah qoysa);
- “Əlhəmdülillah” əvəzinə – “Kudayğa şükir” (Xudaya, Allaha şükür);
- “İftar” əvəzinə – “Auız aşar” (ağız açmaq, oruc açmaq);
- “Suhur” əvəzinə – “Sərəsi” (səhər, obaşdanlıq).

Qeyd edək ki, prezident qazax türkcəsinin orfoqrafiya qaydalarının standartlaşdırılmasını və lüğətlərin 2027-ci ilin sonunadək yenilənməsini də tapşırıb. 

Oğuz