Ronaldo “Fənərbaxça”ya transfer olunur? – İllik 50 milyon avro maaş...

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun “Fənərbağça”ya mümkün transferi ilə bağlı iddialar yayılıb. 

Nov 12, 2026 - 17:35
Ronaldo “Fənərbaxça”ya transfer olunur? – İllik 50 milyon avro maaş...

SAVASHMEDİA.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçunun qış transfer pəncərəsində İstanbul təmsilçisinə keçəcəyi bildirilir.

Məlumata görə, Ronaldo ilə yaxın münasibətlərinin olduğu deyilən Hakan Safi onu “Fənərbaxça”ya keçməyə razı salmağa çalışır və transferə sponsorluq etməkdə könüllüdür. Ali Koç və Hamdi Çobani Ulukayanın da bu keçid üçün maliyyə dəstəyi göstərəcəyi qeyd olunub.

Bundan başqa, klubun prezidenti Aziz Yıldırımın qızı Yazın azarkeşi olduğu Ronaldonu “Fənərbaxça”nın formasında görmək istədiyi qeyd olunub.

İddiaya görə, “Fənərbaxça” Ronaldoya illik maaş kimi 50 milyon avro ödəməyə razıdır. Transfer reallaşacağı təqdirdə Ronaldonun 1000-ci qolunu İstanbul klubunun forması ilə vuracağı da müzakirə olunur.

Xatırladaq ki, 41 yaşlı futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. Buna görə də onun yanvar ayında klubu tərk etməsi üçün Səudiyyə Ərəbistanı təmsilçisi ilə razılıq əldə olunmalıdır.

Qeyd edək ki, Ronaldonun “Fənərbaxça”ya transferi ilə bağlı nə klub rəhbərliyi, nə də futbolçunun nümayəndələri açıqlama verib.

Banu