“Fənərbaxça” iki məşqçi arasında qalıb - Səsvermədə o qalib gəldi!
Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyində yeni baş məşqçinin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılığı yaranıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, klub rəhbərliyinin keçirdiyi səsvermədə Aykut Kocaman 8, portuqaliyalı mütəxəssis Serjio Konseysao isə 5 səs alıb.
Məlumata görə, səsvermə noyabrın 1-də keçirilən idarə heyətinin iclasında baş tutub. İclasda klubun yeni baş məşqçisi ilə bağlı iki namizədin üzərində dayanılıb.
Yekun qərarın noyabrın 2-də keçiriləcək növbəti toplantıda prezident Əziz Yıldırım tərəfindən veriləcəyi bildirilir.
Oğuz