Qurbanov Elvini bağışladı - "Sabah oynayacaq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevlə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" ilə oyun öncəsi keçirilən mətbuat konfransında danışıb.
Qurbanov bildirib ki, Elvin sabahkı matçda oynaya bilər.
Onun sözlərinə görə, futbolçunun start heyətində meydana çıxacağı, yoxsa sonradan oyuna qoşulacağı hələ məlum deyil.
"Elvinin oynamaq ehtimalı var. Lakin onun start heyətində, yoxsa ehtiyat oyunçular skamyasından meydana daxil olacağı barədə qərar hələ verilməyib", - Qurbanov bildirib.
Qeyd edək ki, Elvin Cəfərquliyev bir müddət əvvəl baş məşqçi Qurban Qurbanovla yaşadığı anlaşılmazlıq səbəbindən əsas komandadan kənarlaşdırılmışdı.
Aytən