Tramp Zelenskidən söz soruşmağına peşman oldu - Cavab zalı güldürdü + VİDEO
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında NATO Zirvəsi çərçivəsində baş tutan qısa dialoq maraqla qarşılanıb.
SAVASHMEDİA.az xəbər verir ki, jurnalistlərin iştirakı ilə keçirilən söhbət zamanı Tramp Zelenskiyə "Moskvaya gedərdiniz?" sualını ünvanlayıb.
Ukrayna lideri isə bu suala zarafatla cavab verərək deyib: "Çətindir. Orada çoxlu Ukrayna dronları var. Bu təhlükəlidir, təhlükəlidir."
Zelenskinin cavabı zaldakı iştirakçılar arasında gülüşə səbəb olub. Onun bu sözləri son aylarda Ukraynanın Moskva və ətrafına endirdiyi dron zərbələrinə eyham kimi qəbul edilib.
Səlcuq