Saç tökülməsinin indiyədək açıqlanmayan SƏBƏBİ

Saç tökülməsi, immunitetin zəifləməsi və tez-tez soyuqdəymə orqanizmdə sink çatışmazlığının əlamətləri ola bilər.

Nov 24, 2026 - 10:35
Saç tökülməsinin indiyədək açıqlanmayan SƏBƏBİ

SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sink anadangəlmə və qazanılmış immunitetin normal fəaliyyəti, dəri, saç və dırnaqların sağlamlığının qorunması, eləcə də toxumaların bərpası üçün vacib mikroelementdir.

Onun çatışmazlığı iştahanın azalmasına, yorğunluğun artmasına, tez-tez soyuqdəyməyə və dəridə səpgilərin yaranmasına səbəb ola bilər. Uşaqlarda isə sink çatışmazlığı fiziki inkişafa və cinsi yetkinləşmə prosesinə mənfi təsir göstərə bilər.

Ekspertlər sinklə zəngin qidalar arasında mal əti və digər qırmızı ət növlərini, balığı, dəniz məhsullarını, yumurta və süd məhsullarını qeyd ediblər. Sink paxlalı bitkilərdə, qoz-fındıqda, toxumlarda və tam taxıllı məhsullarda da mövcuddur. Lakin bitki mənşəli qidalardakı sink orqanizm tərəfindən daha zəif mənimsənilir. Mütəxəssislər sink çatışmazlığından şübhələnən şəxslərə həkimə müraciət etməyi tövsiyə ediblər. Onlar oxşar əlamətlərin digər sağlamlıq problemləri ilə də əlaqəli ola biləcəyini xatırladaraq, sink tərkibli əlavələrin həkim məsləhəti olmadan qəbul edilməməsinə çağırıblar.

Banu