Bu qida əlavəsi ürəyi dayandırır – Kardioloqdan XƏBƏRDARLIQ!

“Özbaşına maqnezium qəbul etmək çox təhlükəlidir”.

Dec 12, 2025 - 00:19
Bu qida əlavəsi ürəyi dayandırır – Kardioloqdan XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bunu kardioloq German Qandelman bildirib.

Həkim qeyd edib ki, artıq qəbul olunmuş maqnezium beyinin fəaliyyətinə zərər vurduğu üçün şüüurda qarışıqlıq yaradır. Maqnezium çoxluğu əzələlərdə zəifliyə səbəb olur. Ən təhlükəlisi isə odur ki, yüksək doza maqnezium qəbulu ürəyin dayanmasına gətirib çıxarır.

Kardioloq tövsiyə edib ki, həkim təyin etməsə, maqnezium qəbul edilməməlidir. Qadınlar üçün tövsiyə olunan gündəlik maqnezium qəbulu 320 milliqram, kişilər üçün isə 420 milliqramdır.

Banu