Göygöldə mühasib iş otağında öldü
Göygöl rayon Çaykənd Bələdiyyəsinin mühasibi 1963-cü il təvəllüdlü Sovda Orucovun iş otağında meyiti aşkar edilib.
SAVASHMEDİA.az xəbər verir ki, 63 yaşlı şəxsin meyitini iş saatdından sonra elə yoldaşları aşkar edib.
İlkin məlumata görə, bələdiyyə binasında işıqların sönmədiyi görünüb. İçəri daxil olduqda isə mühasibin meyiti orada tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.