Bərdədə pendir sexində partlayış - Ölən var

Bərdədə pendir sexində partlayış olub, bir nəfər həyatın itirib.

Oct 5, 2025 - 12:42
Bərdədə pendir sexində partlayış - Ölən var

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb. Hadisə nəticəsində müəssisədə nəzarətçi işləyən 60 yaşlı Teyyub Yusibov həyatın itirib.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.