Myanmada 2719 nəfər həlak olub

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2700 nəfəri ötüb.

Apr 1, 2025 - 16:35
Myanmada 2719 nəfər həlak olub

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanma hərbi xuntasının lideri Min Aunq Hlayinq televiziya müraciətində bildirib. 

Onun sözlərinə görə, ölənlərin sayı 2719 nəfərə çatıb və bu rəqəmin 3000-i ötəcəyi gözlənilir.

Hərbi xuntanın lideri əlavə edib ki, daha 4521 nəfər yaralanıb, 441 nəfər isə itkin düşüb. 

O, qeyd edib ki, ölkənin ən çox zərər çəkmiş bölgələrində sığınacaq, qida və suya təcili ehtiyac var, lakin Myanmadakı vətəndaş müharibəsi yardımın ehtiyacı olanlara çatdırılmasına mane ola bilər. 

Məsələ ondadır ki, Myanma hərbçiləri hərbi xuntaya müqavimət göstərən bölgələrə yardımın göstərilməsinə əngəllər yaradır.

Xatirə SADİQ