Tanınmış jurnalist evində ölü tapıldı - Gecə spirtli içki qəbul edib

Türkiyənin “Antakya” qəzetinin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə qaldığı evdə ölü tapılıb.

Feb 16, 2025 - 20:06
Tanınmış jurnalist evində ölü tapıldı - Gecə spirtli içki qəbul edib

Teleqraf xəbər “CNN Türk”ə istinadən xəbər verir ki, 53 yaşlı jurnalist hadisədən öncə dostları ilə spirtli içki qəbul edib.

Jurnalistlə bir evdə qalan Önder K. dostunun öldüyünü səhər saatlarında onu oyatmaq istəyən zaman bilib.

Meyitin üzərində güllə, deşici-kəsici alət xəsarətləri, hücum ya zorakılıq əlamətlərinin olmadığı müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma gedir.