Səhrada İsrailin gizli bazasını tapan ÇOBAN ÖLDÜRÜLDÜ - İraq çalxalanır

İsrail İrana qarşı əməliyyatlar məqsədilə İraqın qərbindəki səhrada yaratdığı iki hərbi bazadan 1 il ərzində gizli şəkildə istifadə edib.

May 17, 2026 - 18:12
May 17, 2026 - 18:51
Səhrada İsrailin gizli bazasını tapan ÇOBAN ÖLDÜRÜLDÜ - İraq çalxalanır

SAVASHMEDİA.az xarici mənbələrə istinadla xəbər verir ki, həmin bazalardan biri 2025-ci ilin iyun ayında Tehrana qarşı 12 günlük müharibə zamanı yanacaq doldurma, hava dəstəyi və tibbi yardım üçün istifadə olunub. 

Məlumatlara görə, İsrail gələcək münaqişələrdə istifadə etmək məqsədilə 2024-cü ilin sonlarından İraqın ucqarlarında yerlər seçərək bazalar qurmağa başlayıb.

Bazalardan biri 29 yaşlı iraqlı çoban Əvad əl-Şəmmarinin sayəsində ifşa olunub. Qohumlarının və yerli hərbçilərin sözlərinə görə, o, təsadüfən Əl-Nuheyb yaxınlığındakı səhrada helikopterlər, əsgərlər və uçuş-enmə zolağı olan bir düşərgə aşkar edib və bu barədə İraq ordusuna məlumat verib.

Gördükləri ilə bağlı İraq ordusuna məlumat verdikdən sonra çobanın naməlum helikopter tərəfindən təqib edilərək öldürüldüyü, avtomobilinin isə yandırıldığı bildirilir. Yaxınları çobanın ölümünün gördüyü obyektlə bağlı ola biləcəyini iddia etsələr də, hadisə ilə bağlı rəsmi təsdiq yoxdur.

Çobanın məlumatından sonra bölgəyə göndərilən İraq hərbçilərinin də hava hücumuna məruz qaldığı bildirilir. Hadisə zamanı bir iraqlı əsgər ö*üb, iki hərbçi isə yaralanıb. 

Gizli bazalar haqqında məlumatların açıqlanması İraqda ajiotaj yaradıb və Bağdadın öz əraziləri üzərində nəzarəti həyata keçirə bilmədiyi iddialarını gücləndirib. İraq parlamentariləri hökuməti susqunluqda və ölkənin suverenliyini pozmaqda günahlandıraraq dərhal araşdırmaların başladılmasını tələb ediblər.

Oğuz