Gecikənlərə görə imtahanlar yenidən keçirilməlidir - İqbal Ağazadə DİM-i tənqid etdi
Sabiq millət vəkili, "Ümid" Partiyasının sədri İqbal Ağazadə ölkədə keçirilən beynəlxalq tədbirlə eyni vaxta düşən magistratura imtahanlarının təşkilini tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edərək imtahan vaxtının niyə dəyişdirilmədiyini sual edib.
Ağazadə qeyd edib ki, şəhərdə yolların bağlı olması və qeyri-sabit hava şəraiti bir çoxunun imtahana vaxtında çatmasına və ya ümumiyyətlə iştirakına mane olub. Onun sözlərinə görə, bəziləri gecikib, digərləri isə imtahana stress altında daxil olub.
“Doğrudanmı bunu düşünmək o qədər çətindir? Nə qədər uşaq imtahana gedə bilmədi, gecikdi, imtahana gələnlər isə stress altında oldu,” – o bildirib.
Sabiq millət vəkili məsələ ilə bağlı əvvəlcədən planlaşdırmanın vacibliyini vurğulayaraq, bunun aidiyyəti qurumların həm borcu, həm də vəzifəsi olduğunu qeyd edib.
O, həmçinin imtahanların ya yenidən keçirilməsini, ya da gəlməkdə çətinlik çəkənlər üçün əlavə imtahanın təşkilini təklif edib: “Vəzifənizi və məsuliyyətinizi dərk edin”.
Aytən