Qaraciyərin düşməni imiş... - ZƏHƏRLƏYİR

Parasetamolun tövsiyə olunan dozadan artıq qəbulu qaraciyərin ciddi zədələnməsinə, hətta kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər.

Nov 20, 2026 - 21:41
Qaraciyərin düşməni imiş... - ZƏHƏRLƏYİR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib. 

Bildirilib ki, parasetamolun orqanizmdə parçalanması zamanı NAPQI adlı zəhərli maddə əmələ gəlir. Normal şəraitdə orqanizm qlutationun köməyi ilə bu maddəni zərərsizləşdirir. Lakin dərmanın həddindən artıq qəbulu zamanı qlutation ehtiyatı tükənir və zəhərli metabolit qaraciyər hüceyrələrini zədələməyə başlayır.

Mütəxəssislər qeyd edib ki, xüsusilə tərkibində parasetamol olan bir neçə soyuqdəymə dərmanının eyni vaxtda qəbulu və ya preparatın alkoqolla birlikdə istifadəsi qaraciyərin zədələnməsi riskini artırır.

Həkimlər parasetamolla zəhərlənmə zamanı asetilsistein adlı xüsusi antidotdan istifadə edilməli olduğunu bildiriblər.  Bu preparat qaraciyərin zədələnməsi ehtimalını azaltmağa kömək edir. Müalicənin daha effektiv olması üçün antidotun doza həddinin aşılmasından sonrakı ilk səkkiz saat ərzində tətbiqi xüsusilə vacibdir. Bununla belə, daha gec müraciət edildikdə də müalicə fayda verə bilər.

Banu