Anna Akopyan erməniləri ETİRAZA SƏSLƏDİ - "Dözməyəcəyik" + VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvandakı tıxaclara görə qadın sürücüləri etiraza səsləyib.
SAVASHMEDİA.az xəbər verir ki, Akopyan qadın sürücülərə etirazın konkret formasını da göstərib:
“Əziz qadın sürücülər, artıq dözməyəcəyik. Avtomobillərinizdə səs-küy yaradan əşyalar saxlayın və tıxacda saatlarla qaldığınız zaman mümkün qədər yüksək səslə etiraz edin ki, bu problemi həll etməyə borclu olan şəxslər sizi eşitsinlər”, - o bildirib.
Paşinyanın həyat yoldaşı cəsarətli kişi sürücüləri də bu təşəbbüsə qoşulmağa çağırıb. O bildirib ki, dövlət qurumları insanların açıq şəkildə ifadə etməyə cəsarət etmədiyi narazılıqları eşitmirlər.
Qeyd edək ki, Nikol Paşinyanla Anna Akopyan bu ilin fevralında ayrıldıqlarını açıqlamışdılar. Lakin aprel ayında Paşinyan cütlüyün yenidən barışdığını və birgə yaşamağa qərar verdiklərini bildirmişdi.
Oğuz