Lavrov Consonun "məni içizdirdi" sözlərinə elə cavab verdi ki... - İkibaşlı ATMACA

Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun Moskva səfəri ilə bağlı açıqlamalarını istehza ilə qarşılayıb.

Nov 17, 2026 - 17:38
Lavrov Consonun "məni içizdirdi" sözlərinə elə cavab verdi ki... - İkibaşlı ATMACA

SAVASHMEDİA.az xəbər verir ki, S. Lavrov B. Consona kaminin yanında ən fəxri yerin ayrıldığını bildirib.

“Bu, bütün qonaqlarımızın sevimli yeridir. Həmin vaxt qış idi. Qışda kaminin yanında, kürəyi kaminə tərəf oturmaq ən fəxri yerdir. Həm rahatdır, həm də isti olur”, - Lavrov bildirib.

XİN rəhbəri qeyd edib ki, B. Conson Moskvaya səfəri əvvəlcə 2016-cı il üçün planlaşdırıb. Lakin son anda səfərini ləğv edib. Rəsmi Moskva isə bu səfəri unudub. Bir il sonra B.Conson yenidən Moskvaya səfər etmək istədiyini Rusiya tərəfinə bildirib.

Lavrov Consonun həmin görüşdə həddindən artıq çox araq içməyə məcbur edildiyi barədə fikirlərinə isə kinayə ilə belə cavab verib:

“Ona müxtəlif içkilər təklif olundu. Seçim etmək imkanına malik idi. Bəlkə də, Consonun orqanizmində hansısa dəyişiklik baş verib və bu səbəbdən o, spirtli içkilərə qarşı dözümsüzlük yaşamağa başlayıb”.

Qeyd edək ki, Boris Conson 2017-ci ildə Böyük Britaniyanın xarici işlər naziri vəzifəsində çalışarkən Moskvaya səfər edib.

Banu