“Bidzina İvanişvilini dəhşətli hökm gözləyir” - Georgi Vasadze
“Salome Zurabişvilinin Trampla görüşü çox önəmli idi. Bidzina İvanişvilinin yalançı narrativləri, xüsusən də “kimləsə nəyisə yoluna qoyacaq” fikri tamamilə məhv oldu”.
SAVASHMEDİA.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu “Birlik – Milli Hərəkat”ın liderlərindən biri olan Georgi Vaşadze deyib.
Onun sözlərinə görə, Amerika heç vaxt Əsəd kimi insanlarla danışmayacaq.
“Bidzina İvanişvili ilə Bəşər Əsəd arasında heç bir fərq yoxdur. Bunu mütləq hər kəs bilməlidir. İlk növbədə isə bubub özü və yalanlar yayan təbliğat kanalları anlamalıdır. Mən Gürcüstan prezidentinə gürcü xalqını belə yüksək toplantıda təmsil etdiyinə görə təşəkkür etmək istəyirəm”, - deyə Vaşadze əlavə edib.
Bundan əlavə, o, bir daha Gürcüstanın tərəfdaşlarını reaksiya verməyə çağırıb.
“Təkcə sanksiyalar deyil, günahkarlara qarşı cinayət işi də açılmalıdır. Əsas günahkar Bidzina İvanişvilidir və onu dəhşətli hökm gözləyir, mən buna 100% əminəm!”, - deyə Georgi Vaşadze bildirib
Xatirə SADİQ