Sürücülük dərsliyinin müəllifi də qayda pozurmuş – Özü ETİRAF ETDİ

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün minlərlə insanın kitablarını oxuduğu professor Əziz Talıbovun özü də yol-hərəkəti qaydalarını pozduğunu etiraf edib.

Apr 13, 2026 - 20:23
Sürücülük dərsliyinin müəllifi də qayda pozurmuş – Özü ETİRAF ETDİ

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, “ASAN Radio”ya müsahibəsində bildirib ki, qaydaları mükəmməl bilməsinə baxmayaraq, bəzən pozuntulara yol verir:

“Bir-iki ay öncə nişanlanma xəttinin tələblərini pozduğuma görə 40 manat cərimə olunmuşam”.

Professor qeyd edib ki, qaydaları pozmadığını iddia edən sürücü tapmaq çətindir:

“Sürücü olmaq üçün Azərbaycanda istifadə edilən iki kitabın müəllifi mənəm. Yol-hərəkəti qaydalarını nəinki əzbər bilirəm, hətta fəlsəfəsini anlayıram. Amma bəzən sürücülər, o cümlədən mən də qayda pozuntusuna yol veririk”.

Bununla yanaşı, o, nəzəri biliklərinə tam güvəndiyini də vurğulayıb: “İstənilən vaxt imtahan versəm, 100 faiz nəticə əldə edərəm”.

Əziz Talıbov əlavə edib ki, sürücü olmaq istəyən şəxslər sağlam olmalı, yol-hərəkəti qaydalarını bilməli və praktiki sürmə bacarığına sahib olmalıdır.

Aytən