UEFA-nın “Beşiktaş” əleyhinə yaydığı BƏYANATIN MƏTNİ
UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən “Marsel” – “Levski” (1:0) və “Beşiktaş” - “Hapoel” (2:1) matçlarında baş verənlərlə bağlı araşdırma başladıb.
SAVASHMEDİA.az xəbər verir ki, UEFA sözügedən oyunlarda baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb.
Sənəddə deyilir:
“UEFA Avropa Liqasının oyunlarında baş verən ciddi zorakılıq və iğtişaş hallarını, o cümlədən stadionda azarkeşlərin iştirakı ilə yaşanan toqquşmaları qətiyyətlə pisləyir.
Zorakılıq, aqressiya, nifrət, eləcə də təxribatçı, ayrı-seçkilik xarakterli və ya ekstremist davranışların istənilən forması futbolda qəbuledilməzdir. UEFA-nın yarışları hörmət, ədalətli oyun, birlik və təhlükəsizlik prinsiplərinə əsaslanır. Sözügedən matçlarda baş verən hadisələr bu fundamental dəyərlərə və UEFA-nın futbol oyunlarının sülh, qarşılıqlı hörmət və idman ədaləti ruhunda keçirilməsini təmin etmək məqsədinə ziddir.
UEFA insidentlərlə bağlı intizam araşdırmalarının aparılması, mövcud bütün sübutların öyrənilməsi, reqlamentə uyğun olaraq müvafiq faktların və halların müəyyənləşdirilməsi üçün etika və intizam məsələləri üzrə müfəttişlər təyin edib”.
Xatırladaq ki, yayılan məlumatlara görə, “Marsel” azarkeşlərinin “Levski” azarkeşlərinə hücumu nəticəsində 10-dan çox bolqarıstanlı azarkeş xəsarət alıb.
Batumidə keçirilən “Beşiktaş” – “Hapoel” matçında isə stadionun təhlükəsizlik əməkdaşlarının türkiyəli azarkeşlərdən birinin Fələstin bayrağını əlindən almağa çalışması qarşıdurmaya səbəb olub. Polis müdaxilə zamanı gözyaşardıcı qazdan istifadə edib.
Oğuz