İrandan müharibə hazırlığı mesajı - Ordu sərhədlərə toplandı
İran ordusu mümkün hücumlara qarşı döyüş hazırlığının ən yüksək səviyyəsinə çatdırıldığını açıqlayıb.
SAVASMEDİA.az xəbər verir ki, İran Quru Qoşunlarının əməliyyatlar üzrə komandir müavini, briqada generalı Sirus Amanollahi ölkənin sərhədləri boyunca hərbi qüvvələrin yerləşdirildiyini bildirib.
O, dövlət xəbər agentliyi IRNA-ya açıqlamasında qoşunların İranın şimal-qərbindən Türkmənistan və Əfqanıstanla sərhədlərin birləşdiyi ərazilərədək mövqeləndirildiyini deyib.
Generalın sözlərinə görə, mümkün təhdidlərə qarşı əməliyyat planları hazırlanıb və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən təsdiqlənib.
Amanollahi ordunun, İnqilab Keşikçiləri Korpusunun və digər təhlükəsizlik qüvvələrinin koordinasiyalı fəaliyyət göstərdiyini vurğulayıb.
O, İran sərhədlərinə yönələcək istənilən təhlükəyə qarşı müqavimət göstərəcəklərini və düşmən qüvvələrinin ölkə ərazisinə daxil olmasına imkan verməyəcəklərini bildirib.
Aytən