Lavrov Trampı təriflədi

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Moskva ilə hərbi qarşıdurmaya hazırlaşdığını iddia edib.

Nov 27, 2026 - 20:05
Lavrov Trampı təriflədi

SAVASMEDİA.az xəbər verir ki, Lavrov noyabrın 26-da Moskvada keçirilən tədbirdə Avropa ölkələrinin Ukraynada atəşkəsdən sonra bu ölkəyə hərbi kontingent yerləşdirmək və bazalar yaratmaq planlarından danışıb.

O, Avropanın bu addımlarını Rusiyanın təhlükəsizlik maraqlarına zidd adlandırıb.

Lavrov ABŞ Prezidenti Donald Trampın siyasətini də Avropa liderlərinin mövqeyi ilə müqayisə edərək Vaşinqtonun Moskva ilə dialoqa daha açıq olduğunu bildirib.

Səlcuq