Cənubi Koreyadan İrana MÜHARİBƏ MESAJI - Tehranı əmin etdilər

Cənubi Koreya ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə qoşulmaq niyyətində olmadığını bəyan edib.

Nov 26, 2026 - 17:53
Cənubi Koreyadan İrana MÜHARİBƏ MESAJI - Tehranı əmin etdilər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirib.

Nazir ölkəsinin regiona hərbi qüvvə göndərmək və münaqişədə iştirak etmək planının olmadığını vurğulayıb.

Ço Hyon, həmçinin Cənubi Koreyanın Ədən körfəzində fəaliyyət göstərən “Çonqhe” hərbi-dəniz qüvvələrinin əməliyyat zonasının genişləndirilməsi ilə bağlı qərarını izah edib. O bildirib ki, bu addım Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyini və ölkənin iqtisadi maraqlarını qorumaq məqsədi daşıyır.

Bildirilib ki, Seulun müharibələrə müdaxilə etməmək prinsipi dəyişməz olaraq qalır.

Abbas Əraqçi isə söhbət zamanı regionda xarici hərbi qüvvələrin mövcudluğunun gərginliyi daha da artıracağını bildirib.

Tərəflər regiondakı vəziyyət, ikitərəfli münasibətlər və Yaxın Şərqdə yaşayan Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyi məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, Cənubi Koreya parlamentinin Müdafiə Komitəsi “Çonqhe” bölməsinin əməliyyat zonasının genişləndirilməsini nəzərdə tutan təklifi təsdiqləyib. Bununla belə, sənəddə hərbi bölmənin ayrı-ayrı dövlətlər arasında müharibə və hərbi əməliyyatlarda iştirak etməyəcəyi xüsusi vurğulanıb.

Oğuz