Azan səsi İsrail Parlamentində QALMAQAL YARATDI - Nazir QOVULDU

İsrail parlamenti (Knesset) məscidlərdə azan səsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini rədd edib. 

Nov 25, 2026 - 23:22
Azan səsi İsrail Parlamentində QALMAQAL YARATDI - Nazir QOVULDU

SAVASHMEDİA.az “The Times of Israel”ə istinadla xəbər verir ki, ifrat sağçı “Yəhudi Gücü” Partiyasının hazırladığı qanun layihəsinin əleyhinə 63, lehinə isə 45 deputat səs verib.

Səsvermədən əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə fələstinəsilli deputatlarla arasında mübahisə yaranıb. Parlament sədrinin müavini Eytan Ginzburq mübahisəyə müdaxilə etdikdə nazir onu təhqir edib. Bundan sonra Ben-Qvirin iclas zalından çıxarılmasına qərar verilib.

Səsvermədən sonra “Yəhudi Gücü” Partiyası layihənin əleyhinə səs verən müxalifət partiyalarını tənqid edib. Partiya “Bizim Evimiz İsrail” Partiyasını və onun lideri Aviqdor Libermanı əvvəlki mövqeyini dəyişməkdə ittiham edib. İsrail vətəndaşı olan fələstinli deputatlar isə qanun layihəsinin ölkədəki fələstinlilərə təzyiq məqsədi daşıdığını bildiriblər.

Qeyd edək ki, qanun layihəsinə əsasən, məscidlərdə səsgücləndiricilərdən istifadə etmək üçün Ətraf Mühitin Mühafizəsi Nazirliyindən icazə alınmalı idi. Sənəd polisə məscidlərin səs sistemlərini söndürmək və avadanlıqları müsadirə etmək səlahiyyəti verirdi. Qaydanı pozanlar üçün 50 min İsrail şekelinə (təxminən 15 min dollar) qədər cərimə nəzərdə tutulurdu.

Banu