Pivənin bilmədiyiniz ZƏRƏRİ – Qaraciyərdən əvvəl bu orqanı MƏHV EDİR
Pivə və tünd spirtli içkilər təkcə qaraciyərə deyil, böyrəklərə də ciddi zərər vura bilər.
SAVASHMEDİA.az bildirir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib.
Bildirilib ki, araşdırma nəticəsində tünd spirtli içkilərin kəskin böyrək zədələnməsi riskini 40 faiz, pivənin isə 24 faiz artırdığı müəyyən edilib. Şərab istifadəsi ilə bu risk arasında əlaqə aşkarlanmasa da, bu, şərabın təhlükəsiz və ya faydalı olması demək deyil.
Mütəxəssislər həftədə 14 porsiyadan çox spirtli içki qəbul etməyin böyrəklərin zədələnmə riskini kəskin artırdığını bildiriblər. Bu miqdar təxminən 2,5 litr pivəyə və ya iki-üç şüşə şəraba bərabərdir.
Həkimlər qeyd ediblər ki, əvvəllər alkoqolun əvvəlcə qaraciyəri zədələdiyi, daha sonra böyrəklərdə problemlərə səbəb olduğu düşünülürdü. Lakin yeni araşdırmalar spirtli içkilərin böyrək toxumalarında birbaşa iltihab yaratdığını göstərib. Böyrək xəstəliklərinin təhlükəli tərəfinə də diqqət çəkilib. Bildirilib ki, böyrəklər uzun müddət heç bir əlamət verməyə bilər. Lakin onların fəaliyyətindəki ilk pozuntular tibbi analizlərdə üzə çıxır.
Banu