Zelenski ilə görüşmək üçün Zakarpatyaya getdi
Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Zakarpatya vilayətində səfər edib.
SAVASHMEDİA.az xəbər verir ki, hökumət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb.
“Macarıstan-Ukrayna sərhədini keçərək Zakarpatyaya çatdıq. Tanrı istər vətəndə, istərsə də dünyanın hər yerində yaşayan bütün macarları qorusun!” – Madyar qeyd edib.
Səfər çərçivəsində Madyarın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək danışıqlar aparması, həmçinin Zakarpatyada yaşayan macar icmasının nümayəndələri ilə bir araya gəlməsi planlaşdırılır.
Banu