Netanyahunun rəqibindən İran AÇIQLAMASI – “Məhv edilməlidir”
“İranın nüvə ehtiyatlarının ölkədən çıxarılması və ya məhv edilməsi əsas prioritetdir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İsrail müxalifətinin lideri Qadi Ayzenkot bildirib.
Siyasətçinin sözlərinə görə, yeni hökumət formalaşana qədər İran tərəfdən hərbi əməliyyatlara başlamağı zəruri edən birbaşa təhdid müşahidə etmir.
Ayzenkot qeyd edib ki, əsas təhlükə İranın hələ də əlində saxladığı 60 faizə qədər zənginləşdirilmiş 440 kiloqram urandır:
“Şəxsən mən hesab edirəm ki, İran tərəfindən ən ciddi təhdid məhz 60 faizə qədər zənginləşdirilmiş həmin 440 kiloqram urandır. Bu ehtiyatlar hələ də məhv edilməyib, ölkədən çıxarılmayıb və orada qalmaqdadır. Buna görə də ən vacibi əsas hədəfə – həmin ehtiyatların məhv edilməsinə, yaxud ən azı ölkədən çıxarılmasına fokuslanmaqdır”.
Banu