Hörmüz boğazında üç neft tankeri minaya düşdü

Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşdüyü bildirilir. 

Nov 24, 2026 - 13:18
Hörmüz boğazında üç neft tankeri minaya düşdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, tankerlərdən biri boğazın cənub sahilləri yaxınlığında, digər ikisi isə şərq hissəsində partlayışa məruz qalıb.

İran tərəfi gəmilərin ABŞ hərbi qüvvələrinin müşayiəti altında olduğunu, lakin partlayışların qarşısının alınmadığını iddia edib.

SEPAH beynəlxalq gəmiçilik şirkətlərini müəyyən edilmiş dəniz marşrutlarından kənara çıxmamağa çağırıb.

Tankerlərin vəziyyəti və mümkün itkilər barədə ətraflı məlumat açıqlanmayıb.

Aytən