Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Ermənistanda Konstitusiya layihəsi dərc olunub, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Nov 23, 2026 - 09:47
Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.

Sənəd 89 maddədən ibarətdir.

Qeyd olunub ki, Konstitusiyanın məqsədi sabit, dinc və firavan bu günü təmin etmək, eləcə də gələcək nəsillər üçün gələcəyi qurmaqdır.

"Sülh xarici siyasətin prioritetidir. Bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin və sülhün təmin edilməsi xarici siyasətin əsasıdır", - sənədin layihəsində vurğulanıb.

Sənəddə vurğulanıb ki, referenduma çıxarılmış Konstitusiya və ya Konstitusiyaya düzəlişlər, əgər onların lehinə referendum iştirakçılarının yarısından çoxu, ancaq referendumlarda iştirak etmək hüququna malik olan vətəndaşların ən azı üçdə biri səs verərsə, qəbul edilmiş sayılır.

Aytən