Ermənistan dəmir yollarını Rusiyadan alıb başqa ölkəyə vermək istəyir - MÜBAHİSƏ

Ermənistan Rusiyanın idarə etdiyi dəmir yollarına nəzarət məsələsini yenidən gündəmə gətirib.

Nov 23, 2026 - 00:15
Ermənistan dəmir yollarını Rusiyadan alıb başqa ölkəyə vermək istəyir - MÜBAHİSƏ

SAVASHMEDİA.az xəbər verir ki, Ermənistan və Rusiya arasında dəmir yollarının idarə olunması ilə bağlı danışıqlar başlayıb. 

İrəvan idarəetmənin başqa ölkəyə, o cümlədən Qazaxıstan, BƏƏ və ya Qətərə verilməsini təklif edir.

Hazırda Ermənistanın dəmir yolları 2008-ci ildə imzalanmış 30 illik müqavilə əsasında Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən idarə olunur.

Moskva müqavilənin vaxtından əvvəl ləğvinə qarşı çıxır və yatırılan təxminən 400 milyon dollarlıq investisiyanın geri qaytarılması məsələsini qaldıra bilər.

Müzakirələrdə Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpası da gündəmdədir. Tərəflər problemin həlli üçün üç aylıq müddət müəyyənləşdiriblər.

Səlcuq