“Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı - Bugünkü oyunlar

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq. 

Nov 22, 2026 - 12:36
“Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı - Bugünkü oyunlar

SAVASHMEDİA.az xəbər verir ki, günün ilk matçı Şamaxıda olacaq. “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edəcək. 

Gəncədə isə “Kəpəz” “Qarabağ”la üz-üzə gələcək. Bu matçda 15363 yerlik Gəncə şəhər stadionunda anşlaq yaşanacağı gözlənilir. Qarşılaşma üçün satışa çıxan bütün biletlər iki gün əvvəldən satılıb. 

22 noyabr (bazar)

14:30. “Araz-Naxçıvan” - “Neftçi”
Hakimlər:
 Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu

17:00. “Kəpəz” - “Qarabağ”
Hakimlər:
 Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
Gəncə şəhər stadionu

20 noyabr (cümə)

“Sumqayıt” - “Sabah” - 1:5 

“İmişli” - “Zirə” - 2:2

21 noyabr (şənbə)

“Şəfa” - “Qəbələ” - 0:2

“Şamaxı” - “Turan Tovuz” - 0:2