Ermənilərin pasportlarında Azərbaycan qeydi - Etirazlar BAŞLADI

Ermənistanın yeni pasport qaydalarına görə, Qarabağda doğulmuş şəxslərin doğum yeri bölməsində ölkə adı kimi Azərbaycan qeyd olunacaq.

Nov 22, 2026 - 15:11
Ermənilərin pasportlarında Azərbaycan qeydi - Etirazlar BAŞLADI

SAVASHMEDİA.az xəbər verir ki, bu dəyişiklik noyabrın 1-dən tətbiq edilməyə başlayıb.

Əvvəlki qaydalara əsasən, pasportlarda doğum ölkəsi deyil, şəxsin doğulduğu konkret şəhər və ya kəndin adı yazılırdı. Yeni sistemdə isə doğum yerinin ölkə üzrə göstərilməsi nəzərdə tutulur.

Bu dəyişiklik Qarabağ ermənilərini təmsil edən “Artsax İttifaqı”nın etirazına səbəb olub. Təşkilat Ermənistan hakimiyyətindən qaydaların dəyişdirilməsini tələb edib.

Ermənistan Daxili İşlər Nazirliyi isə yeniliyin beynəlxalq standartlara uyğun hazırlandığını bildirib.

Səlcuq