Putin NATO-nu 1997-ci il sərhədlərinə çəkilməyə çağırır - Trampdan GÜC ALIB?

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun məhdudlaşdırılması ilə bağlı əvvəlki tələblərini yenidən gündəmə gətirib.

Nov 22, 2026 - 01:17
Putin NATO-nu 1997-ci il sərhədlərinə çəkilməyə çağırır - Trampdan GÜC ALIB?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Moskva NATO-nun genişlənməsinin dayandırılmasını, Alyansın hərbi qüvvələrinin Şərqi Avropadan çıxarılmasını və 1997-ci ildəki mövqelərinə qayıtmasını istəyir.

Putin həmçinin Ukraynada müharibə başa çatdıqdan sonra Avropa hərbçilərinin bu ölkədə yerləşdirilməsinə qarşı çıxıb və belə qüvvələrin Rusiya üçün legitim hədəfə çevriləcəyini bildirib.

Beləliklə, Trampın müharibəni dayandırmaq təklifi Rusiyaya NATO ilə bağlı tələblərini yenidən gündəmə gətirmək imkanı verib. Putin Ukraynada atəşkəslə yanaşı, NATO-nun Avropadakı hərbi mövcudluğunun da dəyişdirilməsini istəyir.

Oğuz