“Şamaxı” “Turan Tovuz”u, “Şəfa” “Qəbələ”ni qəbul edir - Bugünkü oyunlar

Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.

Nov 21, 2026 - 11:11
“Şamaxı” “Turan Tovuz”u, “Şəfa” “Qəbələ”ni qəbul edir - Bugünkü oyunlar

SAVASHMEDİA.az xəbər verir ki, bu gün turun növbəti iki oyunu keçiriləcək.

Günün ilk matçında “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Emin Əliyevin idarə edəcəyi görüş saat 14:30-da başlayacaq.

Günün növbəti qarşılaşmasında isə “Şəfa” “Qəbələ” ilə üz-üzə gələcək. Əli Əliyevin idarə edəcəyi matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl keçirilən “İmişli” – “Zirə” matçı 2:2 hesabı ilə başa çatıb, “Sumqayıt” isə “Sabah”a 1:5 hesabı ilə məğlub olub. Tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XII tur
21 noyabr

14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu

17:00. “Şəfa” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“SOCAR Polymer Arena”