"Turan Tovuz" Şamaxıdan 3 xalla qayıdır - Turnir cədvəli

Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.

Nov 21, 2026 - 16:39
Nov 21, 2026 - 16:43
"Turan Tovuz" Şamaxıdan 3 xalla qayıdır - Turnir cədvəli

SAVASHMEDİA.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji rəqib qapısından keçiriblər. Bu nəticədən sonra "Turan Tovuz" turnir cədvəlində 24 xalla üçüncü pillədə qərarlaşıb. 14 xala malik "Şamaxı" isə 7-cidir.

Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.

Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.