FİFA yeni reytinq siyahısı açıqladı - Liviya Azərbaycanı qabaqladı

Martda evdə keçirdiyi yoldaşlıq görüşlərində Haiti (0:3) və Belarusa (0:2) məğlubiyyət Azərbaycan millisinin FİFA reytinqində onsuz da ürəkaçan olmayan vəziyyətini daha da pisləşdirib.

Apr 3, 2025 - 13:25
FİFA yeni reytinq siyahısı açıqladı - Liviya Azərbaycanı qabaqladı

SAVASHMEDİA.az xəbər verir ki, komandamız 117-ci yerdən 119-cu yerə enərək, Zimbabve və Liviya kimi ölkələrdən sonrakı yerdə qərarlaşıb.

Şimali Koreya komandası 118-ci, Toqo millisi isə 120-ci yerdədir. Argentina liderliyini davam etdirir. 

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri - Fransa, Ukrayna və İslandiya müvafiq olaraq 3-cü, 25-ci və 74-cü yerləri tutur.

Oğuz