“Göz yuma bilmərəm, bu günə qədər çoxunu bağışlamışam” – Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 28-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Apr 19, 2026 - 00:19
Apr 19, 2026 - 00:30
“Göz yuma bilmərəm, bu günə qədər çoxunu bağışlamışam” – Qurban Qurbanov

SAVASHMEDİA.az xəbər verir ki, baş məşqçi “Elvin Cəfərquliyevi bağışlamaq olarmı?” sualına konkret cavab verməkdən yayınıb və qərarın hələ dəqiqləşmədiyini bildirib:

“Bu günə qədər çox futbolçunu bağışlamışıq, özümüz də vaxtilə səhvlər etmişik. Amma hər şey qarşıdakı prosesdən asılı olacaq”.

Baş məşqçi Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi və intizam məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, klubda fərdi uğurdan daha vacibi nizam-intizamdır:

“Futbolçu bir oyunda uğur qazanmaqla missiyasını tamamlamış saymamalıdır. Bu, Qarabağ FK-dır və burada tələb yüksəkdir. Çempionlar Liqasında yaxşı oynamaq o demək deyil ki, vacib oyunda intizamsızlıq edəsən. Belə şeylərə göz yuma bilmərik. Bu günə qədər çox futbolçunu bağışlamışıq"”.

Qurbanov əlavə edib ki, komandanın çıxışından tam razı deyil və futbolçuların daha stabil oyun sərgiləməsinin vacibliyini qeyd edib.

Oğuz