DÇ-2026-dakı məğlubiyyətə görə İSTEFAYA GÖNDƏRİLDİ - FOTO

Tunis milli futbol komandasının baş məşqçisi Sabri Lamouçi vəzifəsindən ayrılıb.

Jun 15, 2026 - 17:26
DÇ-2026-dakı məğlubiyyətə görə İSTEFAYA GÖNDƏRİLDİ - FOTO

 SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalist Romain Molina sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 54 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatının qrup mərhələsində İsveç yığmasına qarşı keçirilən oyundakı ağır məğlubiyyətdən sonra istefaya göndərilib.

Xatırladaq ki, Tunis millisi mundialdakı ilk matçında İsveçə 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, Tunis yığması qrup mərhələsində növbəti oyunlarını Hollandiya və Yaponiya millilərinə qarşı keçirəcək.

Fotoda Sabri Lamouçi