Bunu edən sürücülər kameraya düşəcək - Cəriməsi 50 manatdır
Sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülərin qayda pozuntusu foto və video kameralar vasitəsilə qeydə alınacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən qanun layihəsində əksini tapıb.
Hazırda sürücünün hərəkət zamanı telefonu əlində saxlayaraq istifadə etməsinə görə 50 manat cərimə nəzərdə tutulur. Yeni dəyişiklik qəbul edilərsə, bu pozuntu xüsusi texniki vasitələrlə avtomatik qeydə alınacaq.
Qanun layihəsi parlamentdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Aytən