Xalq artisti Zaur Rzayev ölümündən əvvəl nə demişdi? - Sonuncu AÇIQLAMA
Məlum olduğu kimi, bu gün Xalq artisti Zaur Rzayev vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, Xalq artisti uzun müddət bir sıra xəstəliklərdənəziyyət çəkib.
Müğənni 2026-cı il fevralın 19-da verdiyi müsahibədə səhhətinin yaxşı olmadığını, qaraciyərində yaranan problemin onu əldən saldığını demişdi.
“Qaraciyərimə su gəlib. O məni yorur, əldən salır. Çox narahatlıq yaradır. Artıq verilişlərə də gedə bilmirəm. Arzularım çoxdur. Amma nə etmək olar? Ağır xəstəyəm, gücüm dua etməyə çatır", - sənətçi bildirmişdi.
Qeyd edək ki, Zaur Rzayevin səhhətindəki problemlər son aylarda daha da ciddiləşmişdi. O, sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Həmin vaxt sənətçiyə qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub.
Sentyabrın 11-də xəstəxanadan evə buraxılan sənətçinin müalicəsi bir müddət ev şəraitində davam edib. Lakin oktyabrın 14-də vəziyyəti yenidən pisləşən Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.
Xalq artistinə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulmuşdu.
Aytən