Putin generalın qətlinə görə xüsusi xidmət orqanlarını tənqid etdi 

“Rusiya xüsusi xidmət orqanları Ukraynanın ölkədə terror aktları törətməsinə imkan verən ən ciddi səhvlərə yol verib”. 

Dec 19, 2024 - 17:14
Putin generalın qətlinə görə xüsusi xidmət orqanlarını tənqid etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, buna nümunə kimi Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin (RCBZ) rəhbəri İqor Kirillovun qətlini göstərib.

“Bu (İqor Kirillovun qətli – red.), əlbəttə ki, o deməkdir ki, bizim hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi xidmət orqanları bu zərbələri buraxırlar. Bu işi təkmilləşdirmək lazımdır və belə ciddi səhvləri buraxmamalıyıq”, - deyə Putin vurğulayıb.

Kirillovun qətlinin yeganə hadisə olmadığını xatırladan Putin jurnalist Daria Duqinanın 2022-ci ilin avqustundakı qətlini xatırladıb. Onun sözlərinə görə, bütün bunlar Kiyevdə fəaliyyət göstərən rejimin terror xarakterli olmasının əlamətləridir. 

Xatirə SADİQ