"Sevincindən yata bilmir" - Qurbanov "Sevilya"dan təklif alan Juninyodan danışdı
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Juninyonun "Şamaxı" ilə son oyunda meydana çıxamamsının səbəbindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Qurbanov bunları deyib:
Juninyo
"Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim. Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur".
Qurban Qurbanov hazırda danışıqlar getdiyini bildirib:
"Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. “Böyük Beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq. Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm".